Qazan və tavalar şübhəsiz ki, mətbəxdə ən vacib elementlərdəndir. Yeməklərinizin daha dadlı olmasında
düzgün qazan və ya tavan seçiminində önəmi var. Son illərdə bazarda qazan və tavaların bir çox modelləri var. Bu qədər çeşit arasından ən uyğununu seçmək çox çətindir. Rəng və model zövqünüzə görə formalaşsa da, istifadə edəcəyiniz qazan növü materialına, kefiyyətinə görə çox dəyişir. Eviniz üçün yeni qazan və ya tava almağı düşünürsünüzsə, məqaləmizin davamında sizinlə paylaşacağımız məlumatları nəzərə almanızı tövsiyə edirik.

İdeal Qazan və Tava seçimi edərkən diqqət etməli olduğunuz əsas göstəricilər:

Alacağınız qazan və ya tavanın istiliyi bərabət yayıb yaymaması yeməklərinizin sağlam və düzgün bişirilməsi üçün son dərəcə vacibdir. Alış-verişə başlamazdan əvvəl mütləq araşdırmalar aparmalısız

Çuqun qablar istiliyi mükəmməl paylasa da, tərkibindəki ərintilərə görə sağlam deyil. Buna görə də istifadə etməyi məsləhət görmürük. Mütəxəssislər yalnız ət qızarmat üçün çuqun qablardan istifadə etməyi məsləhət görürlər.

Qabyuyan maşında yeni qazanların istifadəsi üçün zəmanət sertifikatına diqqət yetirməlisiniz. Əks halda maşına qoyduğunuz qablar solacaq və ömrü qısalacaq.

Qranit qab dəsti həm sağlamlıq, həm də istifadə rahatlığı baxımından son zamanların ən çox seçilən qab modelidir.

İnanırıq ki, qranit tava dəstinin istifadəsi haqqında bir az məlumat vermək faydalı olardı. Qranit tavanınızı istifadə etdikdən sonra soyumasını gözlədikdən sonra yumaq lazımdır. Beləliklə, tavanınızın ömrünü uzadacaqsınız.

Nəhayət, tava dəsti almağa hazırlaşırsınızsa, tutacaqları olan modellərə baxmalısınız. Bu sayədə mətbəxinizdə əlavə yer tutma problemini aradan qaldırmış olacaqsınız. Çıxarıla bilən tutacaqları olan modellər sobada istifadə üçün də uyğundur və digər tavalarla müqayisədə çox asan təmizlənir.

Əgər siz uyğun qiymətə keyfiyyətli tava və ya qazan dəsti axtarışındasınızsa sizə xüsusi təkliflərimiz olacaq

Satışda olan Qazanlara bax
Satışda olan Tavalara bax

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *