Endirimdə!
Anbarda var

SAÇ BURAN FEN

135.00 AZN 125.00 AZN

Xüsusiyyətləri:
Gərginlik: 100-240 V, 50Hz / 60Hz;
LCD ekranlı burma müddətini tənzimləmə: 3-12 saniyə;
LCD ekranlı istilik dərəcəsi tənzimləmə: 120°C – 220°C;
LCD ekranlı dönmə sürət növü: 5 növ;
Güvənli isitmə texnologiyası: keramik isitmə;
Sağa və sola avtomatik fırlanma düyməsi;
İstifadə edilmədiyi təqdirdə 60 dəqiqə sonra avtomatik sönmə funksiyası;
Çıxarılabilən qoruyucu başlıq;
Keramik başlıq diametri: 21 mm;
Keramik başlıq uzunluğu: 12 sm;
Fenin ümumi uzunluğu: 37 sm;
360 dərəcə fırlanan naqilin uzunluğu: 2.5 m.

Kateqoriya:

Təsvir

Artıq Avtomatik saçburan fen sayəsində istər yüngül və iri dalğalar, istər təbii dalğalar, istərsə də sıx buruqlar əldə etməyiniz çox asandır. Saçlarınızı əl ilə keramik başlığa dolamanıza ehtiyac qalmadan, 360 dərəcə avtomatik fırlanan başlıq tez bir zamanda saçlarınızı keramik başlığa dolayaraq mükəmməl nəticə əldə etməyinizdə sizə yardımçı olacaqdır. Keramik başlıq güvənli isitmə texnologiyası sayəsində saçlarınızın parıltısını və canlılığını qoruyaraq isidir, uzunmüddətli təbii, havalı burularaq göz oxşayan görüntü yaradır. İsti keramika və dönən çənbər saç istiliyini daim ölçür və həddən artıq isinməyə qarşı saçlarınızı qoruyur. Standart istilik artdıqda isitmə sistemi avtomatik olaraq bağlanır və buna görə də, saçlarınız yanmır.
LCD ekranda 120°C-dən – 220°C-yə qədər istiliyi saçınızın növünə uyğun aşağıda göstərilən dərəcələrdə tənzimləyə bilərsiniz:
Cansız saçlar: 120°C – 160°C;
Rahat forma alan normal saçlar: 160°C – 180°C;
Qalın telli, çətin forma alan saçlar: 180°C – 200°C;
Sərt,quru və uzun müddət buruq saxlaya bilməyən saçlar: 200°C – 220°C;
Səsli bildiriş siqnalı:
Saçınızın qalınlığından aslı olaraq 3-12 saniyə arasındakı fərqli parametrlər siqnal səsi ilə sizə bildiriş verəcək və bunun sayəsində keramik maşanı saçınızda neçə saniyə aralığında saxlamağınız lazım olduğunu sizə bildirəcəkdir. Hər tutam saçı keramik maşada eyni vaxt ərzində saxladığınız üçün də bütünlükdə saçlarınız eyni formada burulacaqdır.
Yüngül və iri dalğa: 6 saniyə;
Təbii dalğa: 9 saniyə;
Sıx buruqlar: 12 saniyə.